Azərbaycanda 49 yaşlı idarə rəisi qəfil öldü


Digərləri 09 Yan 2019 11:20:00 246 0

Azərbaycanda 49 yaşlı idarə rəisi qəfil öldü

Naftalan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Rövşən Aslanov vəfat edib.

Son.az xəbər verir ki, 49 yaşlı R.Aslanov bu gün sübh saatlarında yaşadığı mənzildə dünyasını dəyişib.

Yaxınlarının bildirdiyinə görə, yuxuya gedən idarə rəisi səhər oyanmayıb. Onun təzyiq xəstəliyindən əziyyət çəkdiyi, bir müddət əvvəl müalicə üçün Yessentukiyə getdiyi qeyd edilib.

Allah rəhmət eləsin./publika.az


Xəbərə aid fotolar