23 kq-a yaxın müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarıldı


Digərləri 09 Yan 2019 11:11:16 168 0

23 kq-a yaxın müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarıldı

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Bakı. Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 8-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təkcə 4 fakt üzrə çəkisi 23 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb. Belə ki, daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş Dövlət Yol Polisi idarələri əməkdaşlarının Qaradağ rayonu ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri İlkin Əliyevdən və Rüstəm Kərimlidən çəkisi 8 kiloqram 260 qram tiryək və 6 kiloqram heroin götürülüb. Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müzəffər Həsənov narkotik vasitə olan heroini satarkən cinayət başında yaxalanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən çəkisi 3 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.