Bankdan 15 milyon manat kredit götürən iş adamı məhkəmə önündə


Digərləri 09 Yan 2019 10:44:00 238 0

Bankdan 15 milyon manat kredit götürən iş adamı məhkəmə önündə

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Prosesdə "Beynəlxalq Bank"ın nümayəndəsi mülki iddia qaldırıb. O, banka vurulan ziyanın 15 milyon manat olduğunu və bu pulun üç milyon manatının istintaq dövründə ödənildiyini qeyd edib.