Bakıda qadını keçmiş əri gözəllik salonunda bıçaqladı


Digərləri 09 Yan 2019 10:57:00 198 0

Bakıda qadını keçmiş əri gözəllik salonunda bıçaqladı

Bakıda gözəllik salonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Nərimanov rayonu, Atatürk prospektində yaşayan, 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən "Stil" Gözəllik Salonunda keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu tərəfindən bıçaqlanıb.

A.Rzayeva çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.