“UNEC-100” İnkişaf Strategiyası: missiya, gələcəyə baxış, əsas dəyərlər


Digərləri 09 Yan 2019 10:51:48 214 0

“UNEC-100” İnkişaf Strategiyası: missiya, gələcəyə baxış, əsas dəyərlər

Azərbaycan Dövlət iqtisad Universiteti (UNEC) strateji hədəflərinə doğru inamla irəliləyir.

Bakı. Azərbaycan Dövlət iqtisad Universiteti (UNEC) strateji hədəflərinə doğru inamla irəliləyir. UNEC-dən Trend-ə verilən məlumata görə, 2030-cu ilə qədər fəaliyyət istiqamətləri və uğur modelini özündə əks etdirən "UNEC-100" İnkişaf Strategiyasında UNEC-in missiyası, gələcəyə baxışı və dəyərləri yer alıb. Strategiyaya əsasən, UNEC-in missiyası ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərməkdir.