“Azəriqaz” 251 mindən çox istehlakçıya xidmət edib


Digərləri 09 Yan 2019 10:42:00 378 0

“Azəriqaz” 251 mindən çox istehlakçıya xidmət edib

“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 251 mindən çox istehlakçıya xidmət edib

Bakı. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci il ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 251 542 müraciət daxil olub. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu müraciətlərin icrası tam təmin edilib.