Bakıda səhər saatlarında bir ailəni məhv edən


Digərləri 09 Yan 2019 10:34:00 203 0

Bakıda səhər saatlarında bir ailəni məhv edən

Xəbər verdiyimiz kimi, Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib. 

İlkin məlumata görə, Aydın Məmmədov və xanımı Xuraman Məmmədova yanaraq, qızları Aygün isə tüstüdən boğularaq həlak olublar. 

Qonşular bildiriblər ki, ailənin Aygündən başqa iki qızı da var, onlar ailə qurub: Evin yiyəsi Aydın Məmmədov "Hacı" idi, təzəlikcə ürəyindən əməliyyat olunub, heç yerdə işləmirdi. Onların evi plana düşsə də, verilən kompensasiya ilə razılaşmadıqları üçün köçmədilər, evdə yaşamağa davam edirdilər. Gördüyünüz kimi, buradakı tikililərin çoxu sökülüb".

Qonşular, həmçinin qeyd edib ki, dünən ərazidə qazın verilməsində bir neçə dəfə fasilələr olub.

Son.az qafqazinfo-ya istinadən partlayışın baş verdiyi evdən fotoları təqdim edirik: