Bakıda gözəllik salonunda qadın keçmiş əri tərəfindən bıçaqlandı


Digərləri 09 Yan 2019 10:21:36 430 0

Bakıda gözəllik salonunda qadın keçmiş əri tərəfindən bıçaqlandı

Bakıda gözəllik salonunda bıçaqlanma hadisəsi baş verib.

Bakı. Samir Əli - Bakıda gözəllik salonunda bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Nərimanov rayonu, Atatürk prospektində yaşayan, 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən "Stil" Gözəllik Salonunda keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu tərəfindən bıçaqlanıb.