Həmyerlimiz Rusiyada 1,2 milyon avro qazanacaq


İdman 09 Yan 2019 10:07:00 231 0

Həmyerlimiz Rusiyada 1,2 milyon avro qazanacaq

Azərbaycanlı futbolçu Ayaz Quliyevin yeni klubunun adına aydınlıq gəlib.

Goal.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Rostov-un yarımmüdafiəçisi Moskva Spartak-ına qayıdıb.

Rostov-un Antalya toplanışını tərk edən 22 yaşlı oyunçu Moskvaya qayıdıb. Quliyev Spartak-la uzunmüddətli müqavilə bağladıqdan sonra komanda ilə birlikdə təlim-məşq toplanışı üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq. Bu keçid Rostov-a 1 milyon avro qazanc gətirib. Ayazın yeni komandasında illik məvacibi isə 1,2 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Ayaz Quliyev Spartak-ın yetirməsidir. O, Rostov-a ötən yay məhz bu klubdan keçib.