Şərqi Azərbaycanda qaya böyüklüyündə qızıl tapıldı FOTO


Dünya 09 Yan 2019 10:01:05 471 0

Şərqi Azərbaycanda qaya böyüklüyündə qızıl tapıldı  FOTO

İran polisinin Şərqi Azərbaycan əyalətində yerləşən Verzegan bölgəsində apardığı reyd zamanı qaya böyüklüyündə işlənməmiş qaçaq qızıl ələ keçirilib.

Verzegan təhlükəsizlik rəisi olan polkovnik Qasım Nəzəri mətbuat nümayəndələrinə etdiyi açıqlamada reyd zamanı bir yük maşınının içərisindən 500 kiloqram ağırlığında qızıl aşkar etdiklərini bildirib.

Son.az İRNA-ya istinadən xəbər verir ki, Nəzəri qaya böyüklüyündəki qızılın qaçaqmalçılıq yolu ilə daşındığını və hadisə ilə əlaqədar sürücünün saxlanıldığını bildirib.