İlahiyyat İnstutunda “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda seminar keçirilib (FOTO)


Digərləri 09 Yan 2019 10:03:43 388 0

İlahiyyat İnstutunda “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda seminar keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstutunda “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda seminar keçirilib

Bakı. Azərbaycan İlahiyyat İnstutunda (Aİİ) “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda seminar keçirilib. Aİİ-dən Trend-ə verilən məlumata görə, “Tələbə seminarları” layihəsi çərçivəsində birinci kurs tələbəsi İsgəndər İsgəndərovun təqdimatında “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda seminar təşkil olunub. Seminarı idarə edən prorektor, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Aİİ-də mütəmadi olaraq müxtəlif mövzularda keçirilən tədbirlərin maarifləndirmə məqsədi daşıdığını və cəmiyyətdə maraqla qarşılandığını bildirib. A.Şirinov “Tələbə seminarları” layihəsi çərçivəsində keçirilən seminarların təqdirəlayiq olduğunu vurğulayıb. O qeyd edib ki, bu tipli seminarlarda tələbələrin aktiv iştirakı bilik səviyyələrinin artırılmasında, nitq mədəniyyətinin formalaşmasında, ictimai əhəmiyyətli fikirlərin zənginləşdirilməsində xüsusi rol oynayır.