Bu il paytaxtda 240 yeni reklam qurğusu quraşdırılacaq


Digərləri 09 Yan 2019 09:50:51 215 0

Bu il paytaxtda 240 yeni reklam qurğusu quraşdırılacaq

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) beynəlxalq təcrübəni nəzərdən keçirərək, dünyanın qabaqcıl ölkələrində istifadə olunan reklam konstruksiyalarını ölkəyə gətirib.

Bakı. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) beynəlxalq təcrübəni nəzərdən keçirərək, dünyanın qabaqcıl ölkələrində istifadə olunan reklam konstruksiyalarını ölkəyə gətirib. Agentlikdən Trend-ə verilən məlumata görə, reklam sahəsinə aid beynəlxalq sərgilərdə iştirak edən ADRA əməkdaşlarının rəyi əsasında ölkəyə xaricdən idxal olunan innovativ texnologiyalı, görünüşcə daha cəlbedici daşıyıcılar artıq paytaxtın mərkəzi küçə və prospektlərində, o cümlədən Neftçilər, Heydər Əliyev prospektləri, Yusif Səfərov, Zərifə Əliyeva və şəhərin digər küçələrində quraşdırılıb. İstifadəyə yararsız reklam qurğuları isə yeniləri ilə əvəzlənib. Quraşdırılan 30 ədəd yeni nəsil reklam daşıyıcısı Bakının görkəmini gözəlləşdirməklə yanaşı, reklam ekosisteminin inkişafına da təkan verəcək. Bu reklam qurğuları sifariş olunarkən paytaxtın, eləcə də bölgələrin iqlimi nəzərə alınıb. Belə ki, yeni reklam konstruksiyaları küləkli havaya dözümlü olmaqla yanaşı, onların led ekranları və şüşələri də istənilən iqlim şəraitinə davamlıdır.