Bakıda magistral kəmərdə qəza - Avtomobil yolunu su basdı


Digərləri 09 Yan 2019 09:44:00 413 0

Bakıda magistral kəmərdə qəza - Avtomobil yolunu su basdı

Bakıda magistral su xəttində qəza baş verib.

Bakı. Samir Əli - Bakıda magistral su xəttində qəza baş verib. Bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O bildirib ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində, "Motodrom" yaşayış massivi adlanan hissədə baş verib: "Magistral su kəmərində qəfil qəza baş verib. Dərhal "Azərsu"nun qəza briqadası hadisə yerinə cəlb edilib, su kəsilib. Hazırda bərpa işləri davam etdirilir. Günün sonuna qədər bərpa işləri başa çatdırılacaq".