Avtomobil piyadanı vurub


Digərləri 09 Yan 2019 08:38:00 197 0

Avtomobil piyadanı vurub

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən bildirir ki, minik avtomobili rayonun Göytəpə şəhəri ərazisində 1988-ci il təvəllüdlü Babazadə Nuru Bağman oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.