Hakerlər Avropa İttifaqında daxili yazışmaları illər boyu izləyiblər


Digərləri 09 Yan 2019 08:12:00 263 0

Hakerlər Avropa İttifaqında daxili yazışmaları illər boyu izləyiblər

"Area 1" kibertəhlükəsizlik agentliyinin verdiyi məlumata görə, hakerlər Avropa İttifaqında (Aİ) daxili yazışmaları uzun illər boyu izləyiblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ələ keçirilmiş diplomatik yazışmalarda Tramp, İran və "Qazprom"un boru kəmərləri layihələri ilə bağlı narahatlıqlar öz əksini tapıb. Ehtimala görə, hakerlər Aİ-nin məlumat bazasına Kiprin elektron şəbəkəsi vasitəsilə müdaxilə ediblər. Agentlikdə belə hesab edirlər ki, bu əməliyyatda Çin hərbçilərinin dəst-xətti görünür, lakin bu şübhələrin nəyə əsaslanması acıqlanmır.