ABŞın ən yaşlı sakini dünyasını dəyişib.


Digərləri 09 Yan 2019 08:08:00 192 0

ABŞın ən yaşlı sakini dünyasını dəyişib.

ABŞ-ın ən yaşlı sakini Lesli Braun 114 yaşında dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, Braun Ohayo ştatının Klivlend-Hayts şəhərində ölüb. O, 1904-cü ildə Corciya ştatında anadan olub və fermada böyüyüb. Ailəsində 11 uşaq olub.

Həyatının son illərini 3 qızından birinin evində yaşayıb, onun həmçinin 2 oğlu var. Yoldaşı 1991-ci ildə ölüb.