2018ci ilin əsas elmi nailiyyətləri və uğursuzluqları qeyd edilib


Digərləri 09 Yan 2019 07:21:00 241 0

2018ci ilin əsas elmi nailiyyətləri və uğursuzluqları qeyd edilib

"Science" jurnalı 2018-ci ilin əsas elmi nailiyyətləri və uğursuzluqları barədə məlumat hazırlayıb və dərc edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, redaksiyanın fikrincə, orqanizmlərin hüceyrə səviyyəsində inkişafının izlənməsi metodlarının işlənib hazırlanması 2018-ci ilin əsas elmi nailiyyətləri sırasında birinci yeri tutur. Bu araşdırma keçən il elm aləmində ən mühüm nailiyyət olub. Neandertal-denisov mənşəli qıza məxsus olan sümüklərin aşkar edilməsi, Qrenlandiya ərazisində nəhəng meteorit kraterinin kəşf edilməsi də mühüm elmi hadisələr kimi qeyd edilir.