"Qazaxıstandakı hadisə göstərir ki, ermənilərin qarşısına sipər çəkilməlidir"


Siyasət 09 Yan 2019 07:00:00 250 0

"Qazaxıstandakı hadisə göstərir ki, ermənilərin qarşısına sipər çəkilməlidir"

"Xalq Qazaxıstanda ermənilərin əlindən necə boğaza yığılıbsa, yüzlərlə insan ayağa qalxıb"

Harda erməni varsa, orda bir müharibə, qırğın, qan-qada, narahatlıq, problem var.

"Qazaxıstanın Karaqandı şəhərində qazax gəncin ermənilər tərəfindən qətlə yetirməsinin səbəbləri tam aydınlaşdıqdan sonra onun, sadəcə, kriminal hadisə olub-olmadığı barədə daha dəqiq fikir yürütmək olar. Ümid edirəm ki, Qazaxıstanın hüquq-mühafizə orqanları bu məsələni dərindən araşdıracaq və məhkəmə ədalətli qərar çıxararaq günahkarları, cinayətkarları cəzalandıracaq. Lakin ermənilərin Qazaxıstanda qazax gənci qətlə yetirməsinin elə-belə məsələ olub-olmadığını xalqın reaksiyasından görmək olar. Təsəvvür edin ki, xalq orada ermənilərin əlindən necə boğaza yığılıbsa, yüzlərlə insan birdən ayağa qalxıb. Bu hadisə böyük narahatlığa səbəb olub. Bunun özü böyük siyasi mahiyyət kəsb edən məsələdir. Bu qətl hadisəsi bir daha göstərir ki, yaşadıqları ölkələrdə ermənilərin qarşısına mütləq bir sipər çəkilməlidir".

Bunu Son.az-a açıqlamasında Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Fəzail İbrahimli bildirib.

Azərbaycanlılara qarşı yenidən soyqırım törədilə bilərmi?  Millət vəkili ermənilərin türklərə qarşı olan patoloji nifrətinin səbəblərindən də danışıb: "Məncə, Qazaxıstanda ermənilərin mübahisə zəminində bir qazaxı öldürməsini türkə nifrət arqumenti kimi qəbul etmək doğru olmaz. Çünki bu, əslində, türkə qarşı ermənilərin nifrətini cılızlaşdırmaq deməkdir. Böyük hüdudları olan nifrəti gətirib bir restorana sığışdırmaq olmaz. Ermənilərin türkə nifrətinin mənbəyi, tariximizə edilən soyqırımlar aydındır. Ermənistanda bir "genosid abidəsi" ucaldıblar və yenicə dil açan uşağı aparırlar o abidənin yanına. Uşaq soruşanda da deyirlər ki, bu, genosid abidəsidir. Sonra da genosidin nə olduğunu izah edirlər. Deyirlər ki, bizi vaxtilə türklər qırıb. Onlar azəri türkləri, Anadolu türkləri, Orta Asiya türkləri demirlər. Ümumilikdə türk deyirlər. Türkə nifrət üçün onlar abidə qoyub. Uşaqlarını da bu ruhda böyüdürlər. Onlara "genosid"in intiqamını almaq aşılanır və deyirlər ki, ən yaxşı türk ölü türkdür".  

"Azərbaycanın çörəyini Azərbaycan dilində danışa bilən adamlar yeməlidir" - Millət vəkili anormallığı tənqid etdi F.İbrahimlinin sözlərinə görə, tarix və təcrübə göstərir ki, ermənilər məskunlaşdıqları istənilən yerdə sonradan narahatlıq yaratmağa başlayırlar: "Mən video görüntülərdə qətlə görə tutulmuş ermənilərin sifətinə baxdım. Onlar harınlamış, ərköyün böyüdülmüş ermənilərdir. Amma məni düşündürən başqa şeydir. Axı Ermənistanda hansısa qazaxın, özbəyin və başqalarının belə at oynatmasına imkan verilmir... Bunlar isə erməniləri yuxarı başa keçiriblər... Azərbaycanla Ermənistan arasında olan münaqişəni isə yalnız regional münaqişə kimi qəbul edirlər. Lakin hər bir türk başa düşməlidir ki, erməni türkün düşmənidir və o, mütləq hansısa formada ziyan vurmağa çalışacaq. Tarixən də belə olub. Ermənilər Sovet dövründə də Orta Asiyada, Türküstanda qırğınlar törədiblər. Azərbaycanın faciəvi təcrübəsi göstərir ki, ermənilər yerləşdikləri cəmiyyətdə yaşayaraq fürsət güdür və lazım gələn anda xəyanət edərək içəridən zərbə vurmağa çalışırlar. Ümumiyyətlə, harda erməni varsa, orda bir müharibə, qırğın, qan-qada, narahatlıq, problem var. Bunların genetik kodunda bir davakarlıq var. Ona görə də məskunlaşdıqları yerlərdə onlara çox əl-qol açmağa imkan vermək olmaz".

Xatırladaq ki, yanvarın 1-də Yeni il gecəsi Qazaxıstanın Karaqandı şəhərində ermənilərə məxsus "Drevniy Rim" restoranında Yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb. Daha sonra restoranın həyətində davam edən mübahisə davaya çevrilib və nəticədə 1 qazax gənc - 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, daha 3 qazax isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətindən olan 2 nəfər - Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç, eləcə də qazax milliyyətindən olan 1 nəfər - Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib. Qətldə iştirak etmiş erməni milliyyətindən olan daha 1 nəfər - Qururyan Narek haqqında isə axtarış elan edilib.

Ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi hadisəsi Qazaxıstan ictimaiyyətində böyük narazılığa səbəb olub, yüzlərlə yerli sakin küçələrə çıxaraq etiraz aksiyası keçirib.

İlkin İzzət Son.az