Marketə eşşəklə gedən müdir VİDEO FOTO


Digərləri 09 Yan 2019 06:30:00 240 0

Marketə eşşəklə gedən müdir  VİDEO  FOTO

Niğdədə marketə eşşəklə gələrək alış-veriş edən və aldığı məhsulları heyvanın üzərindəki heybəyə dolduran vətəndaşın sözügedən ticarət mərkəzinin müdiri olduğu ortaya çıxıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu görüntülərə görə polis şöbəsinə çağırılan Halil Günün zarafat etdiyi məlum olub.

Marketlərdə alış-veriş paketlərinin 1 yanvar tarixindən etibarən pullu satılmağa başlamasının ardından, buna ölkənin müxtəlif bölgələrindən sosial media vasitəsilə reaksiyalar verilməyə başlanıb.

Qeyd edək ki, marketdə işləyənlərin təəccüblü baxışları arasında alış- veriş edən kişinin hərəkətlərini ətrafda olanlar mobil telefonlarla çəkərək sosial mediada yayıb.


Xəbərə aid foto