Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçilib


Digərləri 09 Yan 2019 04:27:58 457 0

Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçilib

İngiltərənin "Liverpul" komandasının misirli hücumçusu Məhəmməd Salah Afrikada ilin ən yaxşı futbolçusu adına laiq görülüb.

Bakı. İngiltərənin "Liverpul" komandasının misirli hücumçusu Məhəmməd Salah Afrikada ilin ən yaxşı futbolçusu adına laiq görülüb. Trend-in məlumatına görə, mükafatlandırma mərasimi Dakarda keçirilib. 26 yaşlı futbolçu ilə yanaşı mükafata iddia edənlər arasında onunla bir klubda çıxış edən Sadio Mane (Seneqal) və "Arsenal"ın forvardı Pyer-Emerik Obameyang (Qabon) olublar.