Beynəlxalq Muğam Mərkəzində vokal musiqisi konserti keçirilib


Digərləri 09 Yan 2019 02:28:00 206 0

Beynəlxalq Muğam Mərkəzində vokal musiqisi konserti keçirilib

Yanvarın 6-da Beynəlxalq Muğam Mərkəzində Milli Konservatoriyanın II kurs tələbəsi İsmət Sabirlinin hesabat konserti keçirilib.

Bakı. Yanvarın 6-da Beynəlxalq Muğam Mərkəzində Milli Konservatoriyanın II kurs tələbəsi İsmət Sabirlinin hesabat konserti keçirilib. Trend-in məluçatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Konservatoriyasının gənc ifaçılıq məktəbinin inkişafı və təkmilləşdirilməsi istiqamətində həyata keçirilən birgə layihəsi çərçivəsində baş tutub. Konsertdə İsmət Sabirlinin ifasında xalq mahnıları “Gözəlim sənsən”, “Gülə-gülə”, “Gilənar”, Səid Rüstəmovun “İntizar”, Fikrət Əmirovun “Reyhan”, V.A.Mosartın “Fin ch`han dal vino”, Di Capuanın “O sole mio”, R.Rodjersin “Edelweis” əsərləri səslənib.