Günün qoroskopu: Həssas və diqqətli olun


Digərləri 09 Yan 2019 00:01:00 243 0

Günün qoroskopu: Həssas və diqqətli olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün emosional fonu əlverişli deyil. Situasiya gərgindir. Sakitliyin hətta görüntüsünə nail olmaq çətindir. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə aqressiv və sərt olmayın. Nəyin bahasına olursa-olsun, bildiyiniz kimi davranmaq istəyi işdə və evdə problemlərə səbəb ola bilər.

Mövqeyi və fikri sizə önəmli olan insanlar sizdən üz döndərərək yardım istəyinizi qulaqardına vura bilərlər. Problemləri müstəqil şəkildə həll etməli olacaqsınız.

Həssas və diqqətli olun.

Buğa - emosiyalar və hisslərlə zəngin gündür. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Onların gerçək niyyətlərini və planlarını müəyyənləşdirməyə cəhd göstərin. Əvvəllər ümumi dil tapmadığınız insanlarla münasibətləri normallaşdıra bilərsiniz. İşdə həmkarlar və rəhbərliklə ünsiyyət üçün əlverişli gündür.

Romantik görüş uğurlu keçəcək. Yaşam arealının qaydaya salınması ilə bağlı işlər sizi ruhlandıracaq.

İstənilən formatda yaradıcılıq işləri üçün münasib zamandır.

Əkizlər - sakit və xoş gündür. Əvvəllər başladığınız işləri bitirməyə çalışın. Bütün məsələlərdə yaxın ətrafınızdakı insanlarla razılaşmayacaqsınız. Amma fikir ayrılıqlaır yaranarsa, diplomatik səyləri işə salaraq münaqişələrə yol verməyin.

Mühüm görüşlərdə mühafizəkar davranın. Danışıqlarda orijinallıq və ekstravaqantlıq etməyin.

Əvvəlki günlərdən fərqli olaraq işlər daha çoxdur. Həmin işlərin hamısını müstəqil görməyə çalışmayın. Yardım üçün yaxınlarınıza müraciət edə bilərsiniz. Belədə uğura daha tez nail ola bilərsiniz.

Xərçəng - əvvəlki günlərdən fərqli olaraq indi bir sıra məsələlərin həlli çətinləşir. Gərəkli nəticəni əldə etmək üçün müəyyən daxili sədləri dəf etmək, zəifliklərinizə qalib gəlmək lazımdır. Amma özünüzlə mübarizəniz o qədər də asan olmayacaq.

Səhhətinizin qeydinə qalın. İfrat yorğunluğa düçar olmayın. Dürüst qidalanın.

Günün ikinci yarısında dostlarla, sevdiyiniz insanla görüşə bilərsiniz. Ünsiyyət xoş olacaq.

Şir - mühüm hadisələr vəd etməyən gündür. Zaman rəvan və sakit keçir. Situsiyadan yararlanaraq plan və niyyətlərinizi gerçəkləşdirməyə, yarımçıq işləri başa vurmağa çalışın. İşgüzar görüşlər pis keçmir. Amma məsələlərin yekun həlli tezliklə əldə olunmayacaq. Səbrli, təmkinli olun.

Məişət problemlərinin miqyasına nəzər salmadan onları həll etməyə başlamayın. Unutmayın ki, çətinliklər ilk baxışda göründüyü kimi deyil. Xırda işləri ürəyinizə salmayın.

Yaşam potensialının səviyyəsi yüksəkdir.

Səhhətdə problemlər olmayacaq.

Qız - gün məhsuldar olacaq. Detallara diqqət və təfərrüatlara ciddi fikir verilməsini tələb edən işlər üçün münasib zamandır. Həll olunması gərəkən istənilən diqqətlə düşünün, heç nəyi nəzərdən qaçırmayın. Belədə taktikanız uğurlu olacaq.

Peşəkar fəaliyyət sahəsində mövqelərinizi möhkəmləndirmək, nüfuzlu şəxsdən dəstək almaq imkanı yaranır.

Günün ikinci yarısında yaşam potensialı səviyyəsi aşağı olduğundan əvvəlki vaxtlarla müqayisədə daha tez yorulacaqsınız. Səhhətinizdə problemlər yarana bilər.

Axşam saatlarını sakit istirahətə, xoş ünsiyyətə həsr edin.

Tərəzi - maraqlı və uğurlu gündür. Başladığınız işlərdə uğur qazanacaqsınız. Problemlərin həlli orijinal yanaşma, qeyri-standart həllər tələb edir. Rutin işlər aktiv çalışmağınızı ehtiva edir.

Çətinliklər yaranarsa, müttəfiq və ya tərəfdaşlarınız yardıma gələcəklər. Onlara izafi müraciət etməyə ehtiyac yoxdur.

Gəlir olacaq.