Nigarançılıq hissini aradan aparmaq lazımdır


Digərləri 08 Yan 2019 23:40:00 577 0

Nigarançılıq hissini aradan aparmaq lazımdır

Filosoflar və psixoloqlar əsrlər boyu nigarançılıq haqqında bəhslər ediblər. Onunla mübarizə aparmaq üçün praktik yollar təklif ediblər. Ancaq çox təəssüf ki, həmin problem bu günə qədər hələ də həll olmamış qalmaqdadır. Bəşər bu böyük bəladan nicat tapmamışdır. Qərb dünyasının məşhur şəxsiyyətlərindən olan Deyl Karnegi "Həyat qanunu" adında kitab yazmışdır. O, bu kitabda nigarançılıq haqqında bəhslər etmiş və çıxış yollarını təqdim etmişdir. Alim kitabın müqəddiməsində yazır: "Uzun illər ərzində bu qənaətə gəlmişəm ki, cavan nəslin ən böyük çətinliyi - nigarançılıq və təşvişdir. Mənim dərslərimin əskər tələbələrini idarə işçiləri, satıcılar, mühəndislər, mühasiblər təşkil edirlər. Onların hamısının çətinliyi vardır. Hətta evdar qadınlar belə bu cür çətinliklərdən şikayət edirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, kitab yazmaq niyyətilə Nyu-York kitabxanasına getdim və ancaq təəccüblə müşahidə etdim ki, o cür böyük kitabxanada ancaq 22 ədəd nigarançılıq haqqında kitab vardır. Sizin nəzərinizcə bu qəribə deyildirmi? Halbuki nigarançılıq - bəşərin ən böyük bəlasıdır. Mən həmin kitabxanada olan bu 22 kitabı mütaliə etdim. Bununla yanaşı, nigarançılıqla bağlı kitaba rast gələn kimi onu satın alırdım. Ancaq bu kitabların heç birində öz dərsimdə tədris etdiyim metodlara rast gəlmədim. Nəticədə özüm bu haqda kitab yazmağa başladım. 7 il özümü bu kitabı yazmaq üçün hazırladım. Müxtəlif əsrlərdə filosofların yazdıqları fikirləri mütaliə etdim. Yüzlərlə insanın bu haqda fikirlərini alıb, tədqiq etdim. Görkəmli alimlərlə bu haqda müzakirələrim oldu. 5 il öz sinifimdə tələbələrimin üzərində müşahidələr apardım. Nigarançılığa necə qalib gələcəyimi müəyyən etdim. Bu kitab bütün bu zəhmətlərimin nəticəsidir".

David Siburi öz kitabında yazır: "O zaman ki, biz kamal yaşına çatırıq, görürük ki, ən kiçik təzyiqləri qəbul etmək üçün belə, hazırlığımız yoxdur. Nəticədə isə bu gün xəstəxanaların çarpayılarının çox hissəsini həyəcan və əsəbə düçar olan xəstələr işğal edirlər".

Bəşər bu gün böyük bir bəla olan nigarançılıq bəlasına düçar olmuşdur. Onu müalicə etmək isə zəhmət istəyir. Hər bir halda bu cür ruhi xəstəliklərin əlacı həmişə olduğu kimi, Quranda və hədislərimizdədir. Məhz İslam dini bu cür xəstəlikləri tanıtmış və onların müalicə yollarını Quranda və hədislərdə bəyan etmişdir. İman və təvəkkül bu kimi bəlaların tək çarəsidir.