Azərbaycan nefti bahalaşır


Digərləri 08 Yan 2019 23:33:00 211 0

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 7-i 59,69 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 7-i 59,69 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,42 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 58,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,43 dollar/barel çoxdur.