Ürəyinizin səsini eşidirsinizsə…


Digərləri 08 Yan 2019 23:25:00 287 0

Ürəyinizin səsini eşidirsinizsə…

Taxikardiya - loru dillə desək insanın öz ürək döyüntülərini hiss etməsi və eşitməsidir. Bu hiss normal atan və ritmi düzgün olan ürəkdən xəbər verdiyi kimi, ürəkdəki ritm probleminin göstəricisi ola bilər. Həyəcanlandıqda, eyforiyaya düşdükdə, yaxud qan təzyiqi yüksəldikdə əmələ gələn atışlar fizioloji cavab olaraq taxkardiya yarada bilər.

Bundan başqa, anemiya və dərmandan istifadə ürək ritmini artıraraq taxikardiyaya səbəb ola bilər. Həyəcanlanma, idman, həddən çox çay, qəhvə istehlakı, siqaret, nikotin, spirtli içki də bunu tətikləyən amillərdəndir.

Qorxu və narahatlıq, qəfil ölüm riskinə diqqət

Ritmin anidən yüksəlməsi ürəyin dayana biləcəyi fikrini yaratdığı üçün taxikardiya yaşayan insanın yaxınları qorxu və narahatlıq keçirir. Halbuki adi ürək ritmini taxikardiyadan ayırd etmək mümkündür. Lakin ürək ritmləri artan şəxslərdə tutmalar qısa müddətli və seyrək olursa, o zaman təsbit çətinləşə bilər.

Ritm pozuntusu olan şəxslərdə həm də taxikardiyanın göstərici olan bu əlamətlər ciddiyə alınmalıdır:

Ritm pozuntusu olan insanlarda rast gəlinən taxikardiya adətən qəfildən başlayır.

Taxikardiya səbəbindən asılı olaraq qısa, yaxud uzun müddətli ola bilər.