Doğurdanmı yağış yağan zaman dualar daha tez qəbul olur?


Digərləri 08 Yan 2019 23:15:00 248 0

Doğurdanmı yağış yağan zaman dualar daha tez qəbul olur?

Duaların daha tez qəbula yetdiyi vaxtlar və şəraitlər barədə müxtəlif məlumatlar var ki, bunların arasında yağış yağan zaman dua etməyi məsləhət bilən hədislər də var.

Son.az islam.az-a istinadən bildirir ki, məsələn, İmam Cəfər Sadiq (ə) buyurub ki, "Bu dörd vaxtda dua edin: külək əsəndə, kölgələr zaval edəndə (zöhr vaxtı), yağış yağanda və Allah yolunda döyüşən möminin qanının ilk damlası tökülən zaman. Çünki bu dörd vaxtda səmanın qapıları açılar". İmam Əli (ə) isə buyurub: "Dörd vaxtda dua etməyi qənimət bilin: Quran oxunanda, azan deyiləndə, yağış yağanda və iki dəstə (haqla batil ordusu) döyüş üçün qarşılaşanda" (hədislər Üsulül-Kafi kitabındandır).