İnsanın kamillik yolunda duran maneə nədir?


Digərləri 08 Yan 2019 23:10:00 565 0

İnsanın kamillik yolunda duran maneə nədir?

İnsanın İlahi qürb məqamına çatmasına nə mane olur?

Əgər İlahi qürb məqamına çatmağa mane olan amillər haqqında danışmaq istəsək, gərək deyək ki, o əməl ki, insanı kamala çatmağa qoymur və bu yoldan saxlayır - onların hamısı maneədir.

"Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Həzrət Musanın (ə) zamanında yaşamış alim Bəl'əm Bauranın) hekayətini oxu. Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o,) alçaqlığa meyil edərək yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu. Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər". ("Əraf" 75-76).

Son.az deyerler.org-a istinadən bildirir ki, həmçinin şeytana və əmmarə nəfsə itaət etmək, dünya sevgisi, şirk, günah - bunlar insanı İlahi qürb məqamından saxlayan başqa amillərdir.

Bütün bu deyilənlərdən belə görünür ki, hər kim İlahi qürb məqamına çatmaq istəyirsə, gərək Allahı yaxşı tanısın, Onun məqamına mərifəti olsun, vacibatları yerinə yetirib, haramlardan çəkinsin.