Batan gəmidə itkin düşən iki nəfərin cəsədi tapıldı


Dünya 08 Yan 2019 22:56:00 220 0

Batan gəmidə itkin düşən iki nəfərin cəsədi tapıldı

Türkiyənin Samsun şəhəri yaxınlığında "Volgabalt 214" gəmisində baş verən qəzanın nəticələrinin aradan qaldırılması və itkin düşən dənizçilərin axtarışı ilə bağlı müvafiq qüvvələr hadisə yerinə cəlb olunub.

Dövlət Dəniz Agentliyindən verilən məlumata görə, itkin düşən dənizçilərdən iki nəfərinin meyiti tapılıb.

Məlumata görə, Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi hadisə baş verən andan fasiləsiz olaraq Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə əlaqə saxlayır.