Gələn il 12 milyon insan bundan öləcək


Digərləri 08 Yan 2019 22:45:00 202 0

Gələn il 12 milyon insan bundan öləcək

Hər il nikotindən 6 milyona yaxın insan dünyasını dəyişir. 2020-ci ildə isə bu rəqəmin 2 dəfə artacağı gözlənilir.

Son.az axar.az-a istinadən  xəbər verir ki, bu sözləri nevropatoloq Azər Məmmədov siqaret aludəçiliyi, ondan qurtulmağın yolları və siqaretin insan orqanizminə vurduğu zərərlər barədə Modern.az-a müsahibəsində deyib.

Həkim bildirib ki, bu gün dünyada insan üçün ən ciddi problemlərdən biri tütündür. A.Məmmədovun sözlərinə görə, xüsusilə kişilərin daha çox infarkt keçirməsinə səbəb məhz siqaret istifadəsidir:

"Uzun illərdir həkimlər həyəcan təbili çalırlar ki, siqaret ağciyər və ürək-damar xəstəliklərinin inkişafına, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərə səbəb olur. Siqaret 1-ci nəfəs yollarına daxil olduğundan ona ziyan vurur.