Yaponiya ölkəni tərk edən turistlər üçün vergi tətbiq edib


Dünya 08 Yan 2019 22:13:00 162 0

Yaponiya ölkəni tərk edən turistlər üçün vergi tətbiq edib

Yaponiya yanvarın 7-dən etibarən ölkəni tərk edən turistlər üçün vergi tətbiq edib. Verginin dəyəri 9 dollardan bir qədər çoxdur.

Yaponiya hökumətinin qərarına əsasən, bu vergidən əldə olunan gəlir nəqliyyat xidmətlərinin təkmilləşdirilməsinə, ölkənin görməli yerləri haqqında məlumat əldə olunmasının yüngülləşdirilməsinə və turistlərin razılıq səviyyəsinin artırılmasına imkan verəcək. Məsələn, hökumət gömrük keçidini sürətləndirməyi və parklarda və turist məkanlarında məlumatları daha çox dilə tərcümə etməyi planlaşdırır.

Vergi bütün vətəndaşların, o cümlədən Yaponiya vətəndaşlarının səyahətlərinə də aiddir. 2 yaşınadək olan uşaqlar, Yaponiyada 24 saatdan az müddətdə qalmış insanlar, eləcə də pis hava şəraiti və ya digər səbəblər üzündən ölkəyə daxil olmuş şəxslər istisna ediləcək.