Sədəqə nədən və hansı miqdarda verilməlidir?


Digərləri 08 Yan 2019 22:15:00 505 0

Sədəqə nədən və hansı miqdarda verilməlidir?

Sədəqə dini ödənişlərdən biridir. Xüms və zəkatdan fərqli olaraq, sədəqə könüllü surətdə verilir. Eləcə də, xüms və zəkatdan fərqli olaraq, sədəqə istənilən miqdarda və istənilən vaxt, istənilən maldan verilə bilər. Ehtiyaclı şəxslərə edilən hər hansı maddi və hətta mənəvi yardım sədəqə sayıla bilər. Hədislərdə buyurulur ki, hətta təbəssüm də sədəqədir. Çox miqdarda sədəqə verə bilməyənlər az məbləğdə də verə bilərlər. Hətta ehtiyacı olana bir xurma və ya bir qurtum su vermək də sədəqədir və böyük savaba malikdir. Sədəqə verməyin ən əsas şərtlərindən biri onu minnətsiz və səmimi şəkildə verməkdir. Sədəqəni reklama çevirmək yaxşı iş deyil. Buna görə də, gizli şəkildə, yalnız Allahın gördüyünə ümid edərək sədəqə verməyin savabı daha çoxdur.