Oğuzda kütləvi davada 2 nəfər xəsarət alıb


Digərləri 08 Yan 2019 21:59:00 208 0

Oğuzda kütləvi davada 2 nəfər xəsarət alıb

Oğuz rayonunda kütləvi dava zamanı biri ağır olmaqla, iki nəfər xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, bu gün axşam saatlarında Oğuz Rayon Mərkəzi Xəstəxanasına rayonun 1988-ci il təvəllüdlü Calut-1 kənd sakini Quliyev Zamin Cəmil oğlu və 1993-cü il təvəllüdlü Calut kənd sakini Xamdiyev Sərvər Ənvər oğlu bədən xəsarətləri ilə daxil olublar.

Müayinə zamanı 31 yaşlı Z.Quliyevə əlin üçüncü barmağının kəsiyi diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib. 26 yaşlı S.Xamdiyev qapalı kəllə-beyin travması aldığından, yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Məlumata görə, Z.Quliyev və S.Xamdiyev aralarında yaranan mübahisə zamanı bir-birilərinə xəsarət yetiriblər. Rayon sakinləri "Report"un yerli bürosuna bildiriblər ki, davanın daha 2 iştirakçısı polis tərəfindən axtarılır.

Faktla bağlı araşdırmalara başlanılıb.