Avropa bütün kömür mədənlərini bağlayır


Digərləri 08 Yan 2019 21:45:00 303 0

Avropa bütün kömür mədənlərini bağlayır

Avropa İttifaqında qazanc gətirməyən bütün kömür mədənlərinin fəaliyyəti 2019-cu ilin ilk günündən etibarilə dayandırılır. İspaniyada 26 kömür mədəninin artıq bağlanmaq üzrə olduğu bildirilir. Hər nə qədər Avropada kömür mədənlərini bağlamağa çalışsalar da, ABŞ kömür mədənlərini işlətməyə çalışır. Kömür mədənlərinin bağlanılmasının qlobal istiləşməyə nəzarət etmədə nə qədər faydalı olacağını zaman göstərəcək.

Aİ 2010 qalıq yanacaq asılılığını yoxa çıxartmaq üçün axtarışa başladı. Aİ kömür mədənlərinə cəmiyyətin dəstəyini kəsmək istəsə də, İspaniyaya görə işin bitmə tarixi 2018-cu ilin sonuna qədər uzandı. Halbuki Almaniyada son kömür mədənini dekabrın əvvəlində bağlandı. İspaniya kömürdən əldə etdiyi elektriki 14% aşağı saldı. İspaniyanın yandırdığı kömürün 90% Rusiya və Kolombiyadan idxal edilir. Bununla birlikdə Aİ İspaniyadakı 15 termik stansiyanın 2020-ci ilə qədər bağlanılmasını diktə edir. Məhz bu Aİ-nin iqlim dəyişməsi fəlakətinə maneə törətmək üçün nə qədər ciddi tədbirlər aldığını göstərir.