Agenti Balotellini A seriyasına qaytarır


İdman 08 Yan 2019 21:33:00 449 0

Agenti Balotellini A seriyasına qaytarır

Nice-nin hücumçusu Mario Balotelli əvvəllər çıxış etdiyi İtaliya A seriyasına qayıda bilər.

Goal.az Football İtalia nəşrinə istinadən xəbər verir ki, futbolçunun agenti Mino Rayola belə deyib. Agent müştərisini İtaliyanın 4 klubuna təklif edib. Parma, Sampdoriya, Sassuolo və ya Bologna Balotellini heyətə gətirə bilər.

28 yaşlı hücumçu Nice-nin baş məşqçisi Patrik Viyera ilə yola getmir. Bu səbəbdən qışda klubdan ayrılmağı düşünür. Onun Marseille-ə transfer ediləcəyi deyilirdi. Lakin Fransa klubu rəhbərliyində Balotelli ilə bağlı fikir ayrılığının yaranması keçidə mane olub. Balotelli A seriyasında İnter və Milan-ın formasını geyinib.