Metabolik sindrom: ölüm səbəbləri arasında birinci yerə çıxacaq


Digərləri 08 Yan 2019 21:25:00 204 0

Metabolik sindrom: ölüm səbəbləri arasında birinci yerə çıxacaq

Genetik amilin təsirindən başqa modern şəhər həyatının gətirdiyi az hərəkətli yaşayış tərzi və yüksək kalorili qidalanma metabolik sindromu tətikləyir. İnsulin müqaviməti ilə başlayan, bel hissədə piylənmə, şəkər xəstəliyi, qanın yağlılıq miqdarı, yüksək qan təzyiqi və koronar ürək xəstəlikləri ilə davam edən bu sindrom sağlamlıq üçün çox təhlükəlidir.

Bəs metabolik sindrom nədir?

Son.az medicina.az-a istinadən müasir dövrün aktual problemi sayılan metobolitik sindrom haqda bir sıra məlumatlar təqdim edir:

Metabolik sindromu olan insanlarda ürək-damar xəstəlikləri çox rast gəlinir ki, bu da ölüm riskini artırır. Qanda olan şəkər miqdarı diabet həddində olmasa belə xəstəliyin inkişaf etmə riski yüksəkdir. Yaxın gələcəkdə metobolik sindromun ölüm səbəbləri siyahısında birinci yerə qalxacağı gözlənilir.

Genetik meyilliliyi olan insanlarda metabolik sindroma yoluxma riski daha yüksəkdir. Əgər bir insanın ailəsində artıq çəki, yüksək qan təzyiqi, qanda olan yağın miqdarının qeyri-stabil olması kimi problemlər varsa və buna ətraf mühitin faktorları da təsir edirsə, onda  metabolik sindroma yoluxma qaçılmazdır.

Metabolik sindrom yaşandıqda qidalanma müalicəsi tətbiq edilməlidir. Səbəbi isə insulin müqavimətini düzəltmək və buna bağlı olaraq yaranan sağlamlıq problemlərini aradan qaldırmaqdır. Gündəlik qəbul edilən yağın kalorisi ümumi alınan kalorinin 25-35 faizini təşkil etməli, böyük bir hissəsi isə zeytun, fındıq və kanola yağı olmalıdır. Soya, günəbaxan və qarğıdalı yağı daha az miqdarda istifadə edilməlidir. Bunlara dəniz məhsulları, fındıq, qoz, badam, kətan toxumu aid edilə bilər.

Mütləq karbohidrat istifadə etmək lazımdır