"Mehman Hüseynov deyib ki,yeməkləri elə seçirəm ki, qıcıq verməsin"


Digərləri 08 Yan 2019 21:16:00 208 0

"Mehman Hüseynov deyib ki,yeməkləri elə seçirəm ki, qıcıq verməsin"

:

"Mehman Hüseynov duru yeməklər, şorba, yoqurt, kəsmik qəbul edir", Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Sahib Məmmədov deyib.

Çərşənbə axşamı o, həbsdə olan bloqçu Mehman Hüseynovla görüşüb.

Həbsdə olan video bloqçu Mehman Hüseynov azadlığa çıxmağına az qalmış yeni ittihamla üzləşibo, həbsxana işçisinə xəsarət yetirməkdə ittiham olunur.

Mehman Hüseynov bu ittihama etiraz edib və aclıq aksiyasına başlayıb, vəkilləri bildiriblər. Vəkilləri onu da deyiblər ki, video bloqçu mədəsindəki ağrılara görə süd və süd məhsulları qəbul edir, ancaq aksiyasını dayandırmayıb.

Sahib Məmmədov Mehman Hüseynovla "saat yarım söhbət" etdiyini deyib.

BBC News Azərbaycancaya danışan cənab Məmmədov bildirib ki, bloqçu aclığı dayandırıb və bu barədə akta qol çəkib.

"Mehman Hüseynovla saat yarım çay süfrəsi arxasında müzakirə apardıq. Duru yeməklər, şorba, yoqurt, kəsmik qəbul edir. Deyir ki, mədəmi qıcıqlandırmaq istəmirəm, ona görə yeməkləri elə seçirəm ki, qıcıq verməsin. Aclığı dayandırması ilə bağlı imza atdığı aktı da gördüm".