Hansı ölkələrin sakinləri daha yardımsevərdir?


Digərləri 08 Yan 2019 21:18:00 448 0

Hansı ölkələrin sakinləri daha yardımsevərdir?

Əldə olunan son məlumatlar göstərir ki, altruistik olmaq üçün varlı olmağa ehtiyac yoxdur. Bəs, sizin ölkədə insanlar nə qədər əliaçıqdır?

Niyə Myanmanın sakinləri - adambaşına düşən ÜDM 2295 manatdır (1350 dollar) - xeyriyyə təşkilatlarına, altmış dəfə daha varlı olan Norveçin vətəndaşlarından daha çox ianə verirlər?

Və niyə dünyanın ən uzun iş saatına malik ölkələrindən biri İndoneziyanın vətəndaşları, dünyanın ən qısa iş saatına malik ölkələrindən olan Almaniyanın sakinlərindən daha çox könüllü iş görürlər?

Hamımız yaxşı əməl etmək iqtidarındayıq, amma bəzi cəmiyyətlərdə qayğı özünü digərlərindən daha çox büruzə verir, yeni bir hesabatda deyilir.

Tanımadığın insanlara kömək etmək

Gallup-un Ən Səxavətli Ölkələr - 2018 hesabatına əsasən (Most Generous Countries 2018), braziliyalılar və türklər yardımsevərlik imicindən ləzzət alsalar da, Liviya və İraq sakinləri tanımadıqları insanlara qarşı daha mehribandırlar.

Sual: Nə vaxtsa tanımadığınız birinə kömək etmisinizmi? Ölkə Əhalinin faizi Ölkə Əhalinin faizi Liviya 83% Belarus 31% İraq 81% Çin 31% Küveyt 80% Hindistan 31% Liberiya 80% Makedoniya 30% Syerra-Leone 80% Latviya 28% Bəhreyn 74% Çexiya 26% Qambiya 74% Xorvatiya 25% Səudiyyə Ərəbistanı 74% Yaponiya 23% Keniya 72% Laos 22% Cənubi Afrika 72% Kamboca 18% Birləşmiş Ştatlar 72%