Qiyamət günü insanların 3 dəstəsi


Digərləri 08 Yan 2019 21:20:00 200 0

Qiyamət günü insanların 3 dəstəsi

İnsanlar Allahın verdiyi vədəyə görə üç dəstəyə bölünərlər: möminlər, kafirlər və zəiflər.

Möminlər o kəslərdir ki, Allaha iman gətiriblər və yerləri behiştdir. Əlbəttə, bu insanların da axirətdə əməllərinə görə məqamları fərqlidir. Bəziləri siddiq, bəziləri müqərrəbin, bəziləri isə əshabi-yəmindir.

Kafirlər o kəslərdir ki, elmləri əsasında haqqı tanıyıblar. Ancaq inad və təəssüb üzündən onu inkar edirlər. Bu insanlar günahkarlardır və yerləri cəhənnəmdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, zəif insanlar isə o kəslərdir ki, üzrləri vardır. Yəni, haqq dininə qoşulub ona əməl edə bilməyiblər. Bu, onların səhlənkarlığı üzündən olmamışdır. Bəzi amillər səbəb olmuşdur ki, bu həqiqətləri öyrənə bilməsinlər. Bu amillər onları İslam dinindən qafil etmişdir. Allah onlara qarşı Öz lütf və ədaləti üzərindən hökm verəcəkdir.