Opera və Balet Teatrında yeni ilin ilk premyerası


Digərləri 08 Yan 2019 20:32:00 205 0

Opera və Balet Teatrında yeni ilin ilk premyerası

Frans Şubertin musiqisi əsasında səhnəyə qoyulmuş "Dahi hekayəçi" baletinin ilk tamaşası keçiriləcək.

Bakı. Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni ilin ilk premyerası - Frans Şubertin musiqisi əsasında səhnəyə qoyulmuş "Dahi hekayəçi" baletinin ilk tamaşası keçiriləcək. Teatrdan Trend-ə verilən məlumata görə, kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş baletin son dərəcə gözəl musiqisi, orijonal xoreoqrafiyası və baxımlı dekorasiya və səhnə kostyumları heç şübhəsiz ki, uşaqlar və onların valideynlərinin çox xoşuna gələcək.