Gömrük postunun rəisi və daha 3 vəzifəli şəxsi saxlanılıb


Digərləri 08 Yan 2019 19:17:00 196 0

Gömrük postunun rəisi və daha 3 vəzifəli şəxsi saxlanılıb

Dövlət Gömrük Komitəsinin Poçt göndərişləri gömrük postunun rəisi və daha 3 vəzifəli şəxsi saxlanılıb.

Bakı. Dövlət Gömrük Komitəsinin Poçt göndərişləri gömrük postunun rəisi və daha 3 vəzifəli şəxsi saxlanılıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini aşmaq və qulluq mövqeyindən sui-istifadə etməklə elektron ticarət sahəsində fəaliyyət göstərən şirkətlər və şəxslərlə cinayət əlaqəsinə girməkdə şübhəli bilinən Dövlət Gömrük Komitəsinin Poçt göndərişləri gömrük postunun rəisi İsmayıl Abdullayev, postun rəis müavini Rəşad Rzayev, postun böyük inspektoru Səbuhi Hüseynov, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Elizbər Rəhimov saxlanılıb. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 312, 311,308 və 206-cı maddələri üzrə cinayət işi başlanılıb.