Ermənistan Yazıçılar İttifaqının sədri erməniləri digər mədəniyyət və ənənələrə hörmət etməyə çağırdı


Digərləri 08 Yan 2019 18:59:00 206 0

Ermənistan Yazıçılar İttifaqının sədri erməniləri digər mədəniyyət və ənənələrə hörmət etməyə çağırdı

Ermənistan tərəfi hər hansı bri insidentin baş verməsini gözləməli, əvəzində əhali və erməni diasporu ilə müvafiq iş aparmalıdır

Bakı. Ermənistan tərəfi hər hansı bri insidentin baş verməsini gözləməməli, əvəzində əhali və erməni diasporu ilə müvafiq iş aparmalıdır. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Qazaxıstanın Karaqanda şəhərindəki hadisələri şərh edərkən Ermənistan Yazıçılar İttifaqının sədri Edvard Militonyan deyib. E.Militonyanın sözlərinə görə, vətəndaşlarla maarifləndirmə işlərinə yönəlmiş siyasət həyata keçirmək lazımdır ki, digər ölkələrə gedən ermənilər getdikləri yeri tanısınlar, başqa mədəniyyətlərə və ənənələrə hörmət etsinlər.