Narkoloji Mərkəzdəki yanğında zərərçəkmiş: "Kimsə qışqırdı ki, yanğın var, qaçın"


Digərləri 08 Yan 2019 17:53:00 219 0

Narkoloji Mərkəzdəki yanğında zərərçəkmiş: "Kimsə qışqırdı ki, yanğın var, qaçın"

Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Emil Çubanov qeyd edib ki, yanğın baş verən vaxt mərkəzdə müalicə olunub.

Narkotik maddə istifadəsindən əziyyət çəkdiyini deyən zərərçəkmişin sözlərinə görə, yanğın onun gəlişindən 4 gün sonra baş verib:

"Həmin gün, palatada uzanmışdım. Birdən kimsə qışqırdı ki, yanğın var, qaçın. Mən də çətinliklə çölə çıxdım. Amma yanğın zamanı kimləri gördüyümü dəqiq xatırlamıram. Buradakı təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbim yoxdur".

Proses yanvarın 11-dək təxirə salınıb.