Azərbaycanda törəməsi olan Gürcüstan bankı istintaqa cəlb olunub


Kriminal 08 Yan 2019 17:55:00 373 0

Azərbaycanda törəməsi olan Gürcüstan bankı istintaqa cəlb olunub

Gürcüstanın aparıcı bankı olan "TBC Bank" istintaqa cəlb olunub. 

Son.az report-a istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, prokurorluq istintaq çərçivəsində "TBC Bank"dan bəzi sənədləri müadirə edib. Hazırda sənədlərlə bağlı tədqiqat və digər istintaq tədbirləri həyata keçirilir.