Salyanda ağır qəza:


Digərləri 08 Yan 2019 17:56:00 444 0

Salyanda ağır qəza:

Salyan rayonunda yol qəzası baş verib. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Atara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki "Mercedes" markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb, nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.