Rus Dram Teatrı: Fəxrəddin Manafovun zəngini gözləyirik


Kriminal 08 Yan 2019 17:21:00 607 0

Rus Dram Teatrı: Fəxrəddin Manafovun zəngini gözləyirik

Hazırda xalq artisti Fəxrəddin Manafovun zəngini gözləyirik.

Son.az xəbər verir ki, buru "Report"a açıqlamasında Azərbaycan Dövlət Rus Dram Teatrının mətbuat katibi İlham Məmmədov deyib.

Onun sözlərinə görə, F.Manafov rəsmi şəkildə teatrın işçisidir: "Fəxrəddin Manafovun çıxış etdiyi "Mərasim" tamaşası repertuarımızda var. Səhnə əsəri ayda bir dəfə nümayiş etdirilir. Tamaşanın rejissor köməkçisi onunla əlaqə saxlayıb və nə vaxt oynamaq istədiyini soruşub. Nə vaxt istəsə, gəlib rolunu ifa edə bilər. Teatrda xalq artisti üçün bütün şərait yaradılıb. Səhnə əsərinin nümayişi Fəxrəddin Manafovdan asılıdır".