Külli miqdarda narkotik


Digərləri 08 Yan 2019 17:25:00 193 0

Külli miqdarda narkotik

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində külli miqdarda narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, yanvarın 6-da daxil olmuş məlumat əsasında Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Müqtədir qəsəbə sakini Serqey Yudin saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun evinə baxış zamanı oradan 1 ədəd sellofan torbada 450 qram qurudulmuş marixuana, 4 ədəd sellofan və 7 ədəd siqaret kağızı bükümdə ümumi çəkisi 2 qrama yaxın olan heroin, 1 ədəd sellofan bükümdə 10 qram tiryək və 6 ədəd şpris aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələrin istifadəçisi olduğunu, evindən aşkar olunan narkotik maddələri şəxsi istifadəsi üçün, həmçinin satış məqsədi ilə saxladığını bildirib. O, əvvəllər də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkumluq həyatı yaşayıb.


Xəbərə aid fotolar