Dövlət Dəniz Agentliyi güclü küləklə bağlı gəmi sahibləri və liman kapitanlarına xəbərdarlıq edib (FOTO)


Digərləri 08 Yan 2019 17:10:00 189 0

Dövlət Dəniz Agentliyi güclü küləklə bağlı gəmi sahibləri və liman kapitanlarına xəbərdarlıq edib (FOTO)

Dövlət Dəniz Agentliynin Milli Mərkəzinə xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliynin Milli Mərkəzinə xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub. Agentlikdən Trend-ə verilən məlumata görə, yanvar ayının 9-u günün ikinci yarısından yanvarın 10-nu gündüzədək Xəzər dəniz akvatoriyasinda şimal-qərb, şimal kuləyinin sürəti 19-24 m/s, arabir 27-32 m/s, açıq dənizdə arabir 35 m/s-dək güclənəcək. Dalğanın hündürlüyünün isə 2-4 metr, sonrakı inkişafda 6-8 metrədək olması gözlənilir. Daxil olan məlumatlar təcili olaraq Milli Mərkəzin müətəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılıb.