Eksternat imtahanları başa çatıb FOTO


Digərləri 08 Yan 2019 17:03:00 252 0

Eksternat imtahanları başa çatıb  FOTO

Bu gün Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Son.az-a verilən məlumata görə, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI) bitirə bilməyən şəxslər iştirak edib.

Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 102 nəfər qatılıb. Eksternlər 2 gün ərzində hərəsində 10 sual olmaqla 11 fənn (Ana dili, ədəbiyyat, kimya, fizika, riyaziyyat, xarici dil, coğrafiya, informatika, Azərbaycan tarixi, ümumi tarix, biologiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.

Məqbul qiymət almış şəxslərin siyahısı baku.edu.gov.az saytında yerləşdiriləcəkdir.


Xəbərə aid fotolar