Yeniyetməni küt alətlə hədələyib mobil telefonunu alan şəxs tutuldu


Kriminal 08 Yan 2019 16:58:00 506 0

Yeniyetməni küt alətlə hədələyib mobil telefonunu alan şəxs tutuldu

Quldurluq etməkdə şübhəli bilinən Bərdə sakini saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, yanvarın 7-də Bərdə rayonu ərazisində naməlum şəxs şəhər sakini olan bir yeniyetməni küt alətlə hədələyib mobil telefonunu alıb.

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən həmyerlisi Rəşad Əhmədov saxlanılıb.