İngiltərə klubu satılır


İdman 08 Yan 2019 16:51:00 275 0

İngiltərə klubu satılır

İngiltərənin Bolton klubunun əsas səhmdarı Ken Anderson özünə aid hissəni satmaq niyyətindədir.

Goal.az xəbər verir ki, funksioner klubu ağır durumdan çıxara biləcək, daha güclü maliyyə imkanları olan müştəri axtarır.

O, vaxtilə Premyer Liqada çıxış edən, lakin xeyli müddətdi aşağı dəstələrdə var-gəl edən Bolton-un xilası üçün belə addım atmağa məcburdur. Ötən ilin noyabr ayının maaşlarının yubanması üzündən kluba transfer qadağası da qoyulub. Klubun sabiq sahibi Eddi Devisin sentyabrda verdiyi 5 milyon avroluq kredit isə komandaya kömək etməyib.

Qeyd edək ki, Bolton Çempionşipdə 22-ci pillədə mövqe tutub.